Belçikadan qələbə
Dünya çempionatının 1-ci turunun oyunları keçirilir. Belçika Kanada ilə qarşılaşıb.
Matç Kanadanın üstünlüyü ilə başlayıb. Amerikalıların qazandığı penaltini Alfonso Deyvis dəqiq yerinə yetirə bilməyib. Ardınca fəallığını artıran avropalılar hesabı açıb. Miçi Batşuayi fərqlənib – 1:0. Matç bu hesabla nəticələnib.
Qeyd edək ki, qrupun digər oyununda Mərakeşlə Xorvatiya qarşılaşıb. Görüşdə hesab açılmayıb.