Belçika millisinin “26-lığ”ı
Belçika millisinin AVRO-2024 üçün heyəti açıqlanıb. Siyahıda 26 futbolçu yer alıb.
Dominiko Tedesko 3 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 8 hücumçuya dəvət göndərib.
Qapıçılar: Koen Kastels (“Volfsburq”, Almaniya), Tomas Kaminski (“Luton Tovn”, İngiltərə), Natz Sels (“Nottingem Forest”, İngiltərə);
Müdafiəçilər: Timoti Kastan (“Fulhem”, İngiltərə), Maksim De Kuyper (“Brüggü”, Belçika), Vut Faes (“Lester”, İngiltərə), Tomas Mene (“Trabzonspor”, Türkiyə), Artur Teate (“Renn”, Fransa), Yan Vertongen (“Anderlext”, Belçika), Zeno Debast (“Anderlext”, Belçika), Aksel Vitsel (“Atletiko”, İspaniya);
Yarımmüdafiəçilər: Kevin De Bruyne (“Mançester Siti”, İngiltərə), Orel Manqala (“Lion”, Fransa), Amadu Onana (“Everton”, İngiltərə), Yuri Tilemans (“Aston Villa”, İngiltərə), Artur Vermeren (“Atletiko”, İspaniya), Aster Vranks (“Volfsburq”, Almaniya);
Hücumçular: Yohan Bakoyoko (PSV, Niderland), Yannik Karrasko (“Atletiko”, İspaniya), Çarles De Keteler (“Atalanta”, İtaliya), Ceremi Doku (“Mançester Siti”, İngiltərə), Romelu Lukaku (“Roma”, İtaliya), Dodi Lukobakio (“Sevilya”, İspaniya), Leandro Trossar (“Arsenal”, İngiltərə), Lois Openda (“Leipsiq”, Almaniya).
Qeyd edək ki, Almaniyadakı qitə çempionatı iyunun 14-də başlayacaq.