“Bazel”in bombardiri “Barselona”ya lazım olmadı

“Bazel”in bombardiri “Barselona”ya lazım olmadı

 “Barselona” Artur Kabralın transferi ilə bağlı danışıqları dayandırıb. İspaniya klubunun imtinasına səbəb “Bazel”in braziliyalı futbolçusunun rəhbərliyin tələblərinə cavab verməməsidir.

Klubun seleksiya üzrə mütəxəssisi Deku Konfrans Liqasının bombardirinin keçidini zəruri sayır. O, hətta klub prezidenti Joan Laportaya bu transferi gerçəkləşdirməyi məsləhət görüb. Amma “Barselona” danışıqları saxlamağı və keçiddən imtinanı lazım bilib.

23 yaşlı futbolçunun transferinin 15-20 milyon avroya reallaşacağı gözlənilirdi. O, İsveçrə çempionatında 15 matçda 14 qol vurub. Kabral Konfrans Liqasında 11 matçda 11 dəfə rəqib qapısına yol tapıb.

ETOPAZ

Əvvəlki yazı

Andresku “Australian Open”i buraxacaq

Növbəti yazı

Nikola Yokiç Larri Berdi keçdi