“Bazel” və “Vest Hem”dən əzmkar qələbə
Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib. Hər iki qarşılaşma eyni gündə baş tutub.
“Fiorentina” “Bazel”i qəbul edib. Matç meydan sahiblərinin üstünlüyü ilə başlayıb. İtaliyalılar hesabı açıb. Lakin qonaqlar oyunda dönüş edərək 2 qol vurub və qələbə qazanıb – 2:1.
“Vest Hem” isə “AZ Alkmaar”la qarşılaşıb. Niderlandlılar görüşə fəal start verib. Komanda hesabı açıb. Qoldan sonra özündə güc tapan ingiltərəlilər ardıcıl 2 dəfə fərqlənərək əzmkar qələbə əldə edib – 2:1.
Qeyd edək ki, bu komandalar arasında cavab matçları mayın 18-də keçiriləcək.