Bayındır “Roma”nın maraq dairəsində
“Mançester Yunayted”in qapıçısı Altay Bayındır komandanı tərk edə bilər. O, İtaliyaya yollanmağa yaxındır.
Qolkiper “Roma”nın maraq dairəsindədir. “Canavarlar” 27 yaşlı qapıçısını heyətinə qatmağı planlaşdırır. Lakin “Mançester Yunayted”in buna razı verib-verməməsi dəqiq deyil.
“Ankaragücü”, “Fənərbaxça” klublarında da çıxış etmiş Altayın ingilislərlə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.










