Bayılda qollu heç-heçə
Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir. Bu gün “Səbail” “Turan Tovuz”u qəbul edib.
Matç qarşılıqlı hücumlar şəraitində keçib. İlk hissənin ortalarında meydan sahibləri hesabı açıb. David Qomis fərqlənib. Yarının sonlarında qonaqlar cavab qolunu vurub. Turan Vəlizadə adını tabloya yazdırıb. Tərəflərin səylərinə baxmayaraq görüşdə hesab dəyişməyib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.