“Bayer”in hücumçusu İtaliya klubunda

“Bayer”in hücumçusu İtaliya klubunda

“Bayer”in futbolçusu Yoel Pohyanpalo karyerasını İtaliyada davam etdirəcək. Finlandiya yığmasının hücumçusu “Venetsiya”ya keçib.

27 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Keçid 2,5 milyon avroya gerçəkləşib.

Ötən mövsüm A seriyasını tərk edən Venetsiya təmsilçisi heyətini gücləndirməklə geri qayıtmaq iddiasındadır. “Rizəspor”da icarədə olan Yoel isə ötən mövsümün 33 matçında 16 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Karrasko “Atletiko”da qalacaq

Növbəti yazı

Tim Təl-Əviv turnirində