“Bayer”dən yeni transfer

“Bayer”dən yeni transfer

“Mançester Siti”nin üzvü Klaudio Eçeverri karyerasını Almaniyada davam etdirəcək. Yarımmüdafiəçi “Bayer”lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı argentinalı oyunçu 1 illik icarə əsasında Bundesliqa təmsilçisinin şərəfini qoruyacaq. 

Qeyd edək ki, Eçeverri “şəhərlilər”ə “River Pleyt”dən 18,5 milyon avro qarşılığında transfer olunmuşdu.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ”dən inamlı qələbə

Növbəti yazı

Kunde daha 5 il “Barselona”da