“Bayer”dən “Tottenhem”ə
“Tottenhem” heyətinə yeni müdafiəçi qatmağı planlaşdırır. İngiltərə klubu Edmond Tapsobanın keçidini həll etmək niyyətindədir.
Londonlular “Bayer”in futbolçusunun transferi üçün danışıqları yaxın günlərdə başlayacaq. Keçidin 30 milyon avroya baş tutacağı gözlənilir.