“Bayer”dən “Aston Villa”ya
“Bayer”də ayrılıq yaşana bilər. Komandanın hücumçusu Mussa Diabi İngiltərədən təklif alıb.
24 yaşlı fransalının xidmətində “Aston Villa” maraqlıdır. Birminqemlilər oyunçunun transferi üçün ilk təklifini leverkuzenlilərə göndərib.