“Bayer”də yeni qapıçı

“Bayer”də yeni qapıçı

Leverkuzen “Bayer”i yeni transferini açıqlayıb. Komanda “Brentford”un qapıçısı Mark Flekkenlə güclənib.

31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb. Bu keçid “Bayer”ə 10 milyon avroya başa gəlib. Niderlandlı qapıçı 2023-cü ildən “Brentford”da çıxış edib.

Qeyd edək ki, Flekken başa çatmış mövsümdı 39 oyunda forma geyinib. O, bu görüşlərin 8-də qapısını toxunulmaz saxlayıb.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”nin 3 futbolçusu millidə

Növbəti yazı

Fati “Monako”nun hədəfində