“Bayer”də yeni müqavilə
“Bayer” Ceremi Frimponqla bağlı qərarını verib. Klub onu komandada saxlamaq niyyətindədir.
Tərəflər yeni müqavilə imzalayacaq. Sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub.
22 yaşlı Frimponq 2021-ci ilin yanvarından “Bayer”də çıxış edir. O, Almaniya klubunda ümumilikdə 103 oyun keçirib, 13 qol vurub və 23 məhsuldar ötürmə verib.