“Bayer” Diabinin qiymətini müəyyənləşdirdi

“Bayer” Diabinin qiymətini müəyyənləşdirdi

“Bayer” yarımmüdafiəçisi Mussa Diabinin transfer qiymətini müəyyənləşdirib. Leverkuzen təmsilçisi aparıcı oyunçusunun keçidindən 75 milyon avro qazanmaq niyyətindədir.

Fransa millisinin üzvü “Arsenal”, “Mançester Yunayted”, “Roma” və “Nyukasl” kimi klubların maraq dairəsindədir. Diabinin “Bayer”lə müqaviləsi 2025-ci ilə qədərdir və sözləşmədə satın alma maddəsi yoxdur. Buna görə də Bundesliqa klubu qiymət müəyyənləşdirməkdə sərbəstdir.

Qeyd edək ki, 23 yaşlı hücumameylli oyunçu bu mövsüm Bundesliqada 30 oyuna çıxıb, 12 qol, 11 məhsuldar ötürmə ilə diqqət çəkib.

ETOPAZ

Əvvəlki yazı

Mane Lempardın rekordunu təkrarladı

Növbəti yazı

“Seltiks”dən klub rekordu