“Bavariya”nın yeni futbolçusu zədələndi
“Bavariya”da itki baş verib. Komandanın yeni futbolçusu Rafael Gerreyro zədələnib.
Ona baldır əzələsinin yırtılması diaqnozu qoyulub. Müdafiəçi məşqdə xəsarət alıb. O, “Bavariya”nın Asiya turunu buraxacaq. 29 yaşlı portuqaliyalı uzunmüddətli reabilitasiya kursu keçəcək.