“Bavariya”nın transfer planları

“Bavariya”nın transfer planları

“Bavariya”nın qış transfer hədəfləri bəlli olub. Almaniya klubu iki futbolçu almaq istəyir.

Münhen təmsilçisi “Atletik”in vingeri Niko Uilyams və “Ayntraxt”ın hücumçusu Omar Marmuşu heyətinə qatmaq niyyətindədir. Klub rəhbərliyi üç oyunçu ilə vidalaşmağı da planlaşdırır. Bunlar Kinqsli Koman, Leroy Sane və Serj Qnabridir.

Qeyd edək ki, “Bavariya” 15 oyundan sonra Bundesliqanın lideridir.

ETOPAZ

Əvvəlki yazı

Sobolenkodan darmadağın

Növbəti yazı

Kazemiro “Əl-Nəsr”in hədəfində