“Bavariya”nın transfer hədəfləri

“Bavariya”nın transfer hədəfləri

“Bavariya”nın heyətinə qatmaq istədiyi daha iki futbolçunun adı dəqiqləşib. Almaniya nəhəngi “Leypsiq”dən yarımmüdafiəçi Konrad Laymeri, “Renn”dən hücumçu Matis Teli heyətinə qatmaq niyyətindədir.

Münhen təmsilçisi hər iki futbolçu ilə şifahi razılıq əldə edib. Münhenlilər onların məxsus olduğu klublarla danışıqları yaxın müddətdə yekunlaşdırmaq fikrindədir.

Laymer 2017-ci ildən “Leypsiq”də çıxış edir. Müqaviləsi gələn ilin yayında başa çatacaq yarımmüdafiəçinin qiyməti 28 milyon avro ilə dəyərləndirilir.

2021-ci ildə “Renn”ə keçən Telin anlaşması 2024-cü ildə bitəcək. Onun qiyməti 2 milyon avrodur.

ETOPAZ

Əvvəlki yazı

“Milan” futbolçusuna klub tapdı

Növbəti yazı

“Oklahoma”da 4 illik müqavilə