“Bavariya”nın seriyası 30-a yüksəldi
“Bavariya” Çempionlar Liqasının qrup mərhələsindəki məğlubiyyətsiz oyunlar seriyasını 30-a çatdırıb. Almaniya klubu II turda “Barselona”nı 2:0 hesabı ilə məğlub edib.
Münhenlilər qrupdakı son xalsız matçını 2017-ci ildə keçirib. Həmin vaxt II turda PSJ “Bavariya”nı 2:0 hesabı ilə yenib.
Həmin vaxtda 30 görüşə çıxan Bundesliqa klubu 27 qələbə qazanıb və 3 heç-heçə edib. Münhenlilər 30 oyunun hamısında qol sevinci yaşayıb.
Qeyd edək ki, “Barselona” mövsümdə ilk dəfə uduzub.