“Bavariya”nın hədəfindəki gənc
“Bavariya” heyətini gücləndirmək üçün axtarışlarını davam etdirir. Münhen klubu “Bayer”in sağ cinah müdafiəçisi Ceremi Frimponqla maraqlanır.
Frimponqun transferi ən azı 30 milyon avroya başa gələcək. Müdafiəçini Dortmund “Borussiya”sı ilə yanaşı, İngiltərə və İspaniyanın top klubları da izləyir. O, cari mövsümdə Bundesliqa 23 matçda Frimponq 1 qol və 6 məhsuldar ötürmə edib.
Bundesliqa çempionu 21 yaşlı hollandiyalını Benjamin Pavarda alternativ olaraq görür. “Bavariya”nın hədəfindəki oyunçular arasında Ridl Baku (Volfsburq) və Serjinyo Dest (Barselona) də var.