“Bavariya”nın de Yonq planı
“Bavariya” heyətinə yeni oyunçu cəlb etmək niyyətindədir. Klub “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqla maraqlanır.
Münhenlilər kataloniyalıların futbolçusunun vəziyyətini izləyir. İlkay Gündoğan “Barselona”ya transfer olunarsa, niderlandlının oyun müddəti azala bilər və Almaniya təmsilçisi bundan yararlanmaq istəyir.