“Bavariya”dan yeni plan

“Bavariya”dan yeni plan

“Bavariya” hücum xəttində yeniliklər etməyi planlaşdırır. Münhen klubu Benyamin Şeşko və Viktor Qyokereşlə maraqlanır.

Komanda əsas hücumçusu 31 yaşlı Harri Keynin gələcək əvəzedicisi axtarılır. Bundan başqa, “Bavariya”da 35 yaşlı Tomas Müllerlə növbəti mövsümdə yolların ayrılması ehtimal olunur. Digər hücumçu Matis Tel isə icarə əsasında “Tottenhem”də çıxış edir və londonluların 60 milyon avro qarşılığında onu transfer etməsi gözlənilir.

Qeyd edək ki, cari mövsümdə Şeşko “Leypsiq”, Qyokereş isə “Sportinq”də uğurlu çıxışı ilə diqqəti çəkir.

ETOPAZ

Əvvəlki yazı

NTD-dən inamlı qələbə

Növbəti yazı

Kenan Yıldız İngiltərə yolunda