“Bavariya”dan yeni göstərici
“Bavariya” Almaniya Bundesliqasında rekordunu təkrarlayıb. Münhen təmsilçisi buna XII turda “Sankt-Pauli”ni məğlub etdikləri (3:1) matçda nail olub.
Ölkə çempionu turnirdəki son 20 oyunun hər birində 2 və ya daha çox qol vurub.
“Bavariya” 2013/2014 mövsümündə Xosep Qvardiolanın baş məşqçisi olduğu dönəmdə də eyni göstəriciyə imza atıb.
Qeyd edək ki, komanda hazırda 34 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.












