“Bavariya”dan Upamekano qərarı
“Bavariya” Dayo Upamekano ilə bağlı qərarını verib. Klub onun müqavilə müddətini artırmaq niyyətindədir.
Fransalı futbolçunun “Bavariya”da qalıb-qalmayacağı isə dekabrda dəqiqləşəcək.
Çünki ona bir çox klublardan təkliflər gəlib. “Valensiyen”in yetirməsi “Zaltsburq”, “Leyptsiq”də oynadıqdan sonra 2021-ci ildə “Bavariya”ya keçib və mövsümün sonunda müqavilə müddəti başa çatacaq.












