“Bavariya”dan sülh seriyası

“Bavariya”dan sülh seriyası

“Bavariya”nın heç-heçə seriyası davam edir. Münhen klubu Bundesliqada sonuncu dəfə ötən il noyabrın 22-də qalib gəlib.

Yulian Naqelsmannın yetirmələri 18-ci turda “Ayntraxt”la heç-heçə edib – 1:1.  Bunadək “Leypsiq” və “Köln”lə görüşlər də eyni hesabla nəticələnib.

Ardıcıl 3 heç-heçə edən “Bavariya” mövsümdə ikinci dəfə belə halla üzləşir. Mövsümün əvvəllərində də ardıcıl üç heç-heçə qeydə alınıb.

Ümumilikdə 16 matçdır uduzmayan “Bavariya” bu müddətdə 12 qələbə və 4 heç-heçəyə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”dən 30 milyonluq transfer

Növbəti yazı

Ziyeşə qiymət qoyuldu