“Bavariya”dan son 43 ilin ən ağır məğlubiyyəti
“Bavariya” Almaniya kubokunun 1/16 finalında Mönhenqladbax “Borussiya”sına 0:5 hesabı ilə uduzub. Bu, Münhen klubunun turnirdə ən böyükhesablı məğlubiyyətidir. “Bavariya” Almaniya kubokunda heç vaxt 5 və ya daha çox top fərqi ilə yenilməmişdi.
Münhenlilər həm də son 43 ildə bütün turnirlərdə ən ağır məğlubiyyətini alıb. “Bavariya” sonuncu dəfə 1978-ci ildə belə ağır üzüntü yaşayıb. Həmin vaxt “Frayburq” 7:1 hesablı qələbəyə sevinib. Həmin oyundan sonra heç bir komanda münhenliləri ən azı 5 top fərqi ilə məğlub etməmişdi.