“Bavariya”dan rekord
“Bavariya” ardıcıl 10-cu dəfə Almaniya çempionu olub. Bununla da, komanda “böyük beşlik” ölkələri arasında yeni rekord müəyyənləşdirib.
Münhen klubu ardıcıl titulların sayına görə “Yuventus”un nailiyyətini geridə qoyub. Turin komandası ardıcıl 9 dəfə A Seriyasının qalibi olub.
Fransada “Lion” ardıcıl 7 liqa çempionluğu ilə ən uzun seriyaya sahibdir. İspaniyada rekord isə “Real”a məxsusdur – 5.
İngiltərədə yüksək divizionu 4 komanda ardıcıl üç dəfə titul qazanmağı bacarıb – “Mançester Yunayted” (iki dəfə), “Liverpul”, “Arsenal” və “Haddersfild”. 1992-ci ildən mövcud olan Premyer Liqa çərçivəsində yalnız “Mançester Yunayted” ardıcıl 3 dəfə qalib gəlib.