“Bavariya”dan Rafinyaya təklif
“Bavariya” hücumçusu Kinqsli Komana əvəzləyici tapıb. Almaniya klubu 2023-cü ildə başa çatacaq müqaviləsini uzatmaq istəməyən fransalının mövqeyinə yeni oyunçu alacaq.
Münhen təmsilçisi “Lids”in vingeri Rafinyaya elçi düşüb. Bundesliqanın çempionu braziliyalı ilə bağlı təklif hazırlayıb.
Klub rəhbərliyi mövsümün sonunda baş tutması nəzərdə tutulan transferə 50 milyon avro xərcləməyi planlaşdırır. Rafinya cari mövsümün 16 matçında 8 qol vurub.