“Bavariya”dan Nübel qərarı
“Bavariya” Aleksandr Nübellə bağlı qərarını verib. Münhenlilər onunla müqaviləni uzadıb.
Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb. 27 yaşlı qolkiperlə yeni anlaşma 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Nübel hazırda “Ştutqart”da icarədə olsa da, münhenlilər onunla müqaviləni uzatmağa qərar veriblər.