“Bavariya”dan Musiala qərarı
“Bavariya” futbolçusu Camal Musiala ilə müqaviləni uzadıb. Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Yeni anlaşma 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayında başa çatmalı idi. Münhen təmsilçisi razılaşmanın detallarını açıqlamayıb.
Qeyd edək ki, Musiala mövsümün 24 matçında 14 qol vurub.