“Bavariya”dan Koman qərarı

“Bavariya”dan Koman qərarı

“Bavariya” Kinqsli Komanla bağlı qərarını verib. Klub onu buraxmaq fikrində deyil.

Münhen təmsilçisi indidən fransıza yeni müqavilə təklif edib. Koman özü də komandasını dəyişmək istəmir.

Ona bir çox klubdan təklif olsa da, özü də burada qalmaq niyyətindədir.

Kinqsli bu mövsüm 33 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt” “Ordu”nu məğlub etdi

Növbəti yazı

“Yuventus” 58 il sonra