“Bavariya”dan Kimmix qərarı

“Bavariya”dan Kimmix qərarı

“Bavariya” Yozua Kimmixlə yeni müqavilə bağlamağa çox yaxındır. Klub təcrübəli futbolçuya illik 19-22 milyon avro məvacib təklif etməyə hazırlaşır.

Danışıqlar uğurla yekunlaşarsa mövsümün sonunda başa çatacaq müqavilənin müddəti 3 il artırılacaq. Kimmix “Bavariya”da Hari Keyn və Camal Musialadan ən çox qazanan 3-cü futbolçu olacaq.

Qeyd edək ki, 30 yaşlı 2015/2016 mövsümündən Münhen klubunda çıxış edir. O, cari mövsümdə 36 oyunda 1 qol və 12 ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Ernandes “Milan”ı tərk edir

Növbəti yazı

Azərbaycan kubokunda hakim təyinatları açıqlandı