“Bavariya”dan ayrılır
Koranten Tolisso “Bavariya”nı tərk edəcək. Almaniya klubu 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləni uzada bilməyib.
Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq futbolçu azad agent statusu ilə klubdan ayrılacaq. 2023-cü ilin yayında Kinqsli Komanın da azad agent kimi “Bavariya”nı tərk edəcəyi gözlənilir.
Xatırladaq ki, Tolisso cari mövsüm Bundesliqada 1 oyun keçirib.