“Bavariya”dan antirekord
“Bavariya” “Bayer”lə oyunda (0:0) öz antirekordunu təkrarlayıb. Münhen klubu Almaniya çempionatının 22-ci turunda rəqib qapısı istiqamətində cəmi iki zərbə vurub.
Amma bu zərbələrdən heç biri qapı çərçivəsinə düşməyib.
“Opta Sports”un statistika topladığı vaxtdan – 2004/05 mövsümündən bəri cəmi ikinci dəfə “Bavariya” Bundesliqa matçını dəqiq zərbələrsiz başa vurub. İlk belə hadisə 2008-ci ilin mayında “Volfsburq”la oyunda qeydə alınıb.