“Bavariya”da yeni sözləşmə
“Bavariya” daha bir futbolçusu ilə müqaviləni uzadacaq. Almaniya klubu Camal Musiala ilə yeni anlaşma imzalamağa qərar verib.
Yarımmüdafiəçiyə yeni müqavilə təklif olunacaq. Münhenlilər onunla əməkdaşlığı 2029-cu ilin yayına qədər artırmağı planlaşdırır.
Qeyd edək ki, Musiala “Liverpul”, “Real”, PSJ və “Mançester Siti”nin də maraq dairəsindədir.