“Bavariya”da yeni rekordçu
“Bavariya” Bundesliqanın yeni mövsümünə qələbə ilə başlayıb. Münhen klubu “Verder”lə səfər oyununda 4:0 hesabı ilə qalib gəlib.
Bu matçda meydana çıxan Tomas Müller Bundesliqada 16-cl mövsümə start verib. 33 yaşlı oyunçu “Bavariya”da 16 fərqli mövsümün iştirakçısı olan ilk futbolçudur.
Tomas Bundesliqada Münhen klubunun formasını ilk dəfə 2008/09 mövsümündə geyinib. Əvvəlki 15 çempionatın 12-də Müller qızıl medal qazanıb.