“Bavariya”da yeni müqavilə

“Bavariya”da yeni müqavilə

Almaniya “Bavariya”sı Leon Qoretska ilə yeni müqavilə imzalayıb. Bunu Münhen təmsilçisinin mətbuat xidməti açıqlayıb. Yarımmüdafiəçi ilə anlaşma 2026-cı ilin yayına qədər uzadılıb. Qoretskanın əvvəlki müqaviləsi 2022-ci ilin yayında başa çatmalı idi.

Daha 4 il komandada qalacaq yarımmüdafiəçinin illik qazancı 12-15 milyon avro təşkil edəcək. Leon ötən mövsümün 32 matçında 8 qol vurub.

Xatırladaq ki, 2018-ci ildə “Bavariya”ya keçən Qoretska bunadək “Şalke” və “Bohum”un formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

FİFA reytinqi açıqlandı

Növbəti yazı

Brodrik “Klivlend”də qaldı