“Bavariya”da yeni müqavilə
“Bavariya” Yosip Stanişiçlə bağlı qərarını verib. Klub onunla müqaviləni uzadıb.
Bunu münhenlilərin rəsmi saytı açıqlayıb. 24 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədərdir. Onun əvvəlki müqaviləsi 2026-ci ilin yayınadək nəzərdə tutulmuşdu.