“Bavariya”da yeni müqavilə
“Bavariya” qapıçısı Sven Ulrayxla yeni müqavilə imzalayıb. Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
33 yaşlı qolkiperin anlaşması 2023-cü ilin yayına qədər uzadılıb. Onun əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatmalı idi.
Qeyd edək ki, Sven Bundesliqanın cari mövsümündə 6 oyun keçirib.