“Bavariya”da yaponiyalı müdafiəçi
“Ştutqart”ın futbolçusu Hiroki İto komandanı tərk edib. O, “Bavariya”ya keçib.
Yaponiyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Münhen klubu transferə görə 30 milyon avro ödəyib. İto “Bavariya”nın mövsümlərarası fasilədə ilk transferi olub.