“Bavariya”da sevindirici xəbər

“Bavariya”da sevindirici xəbər

“Bavariya”nın zədəli futbolçularının durumuna aydınlıq gəlib. Qapıçı Manuel Noyer, hücumçular Kinqsli Koman və Leroy Sane, eləcə də müdafiəçilər Nossair Mazraui və Aleksandr Pavloviçin son durumu bəlli olub.

Onlar Çempionlar Liqasının 1/4 final mərhələsinin səfər matçında “Arsenal”a qarşı oynaya biləcəklər. Futbolçuların hamısı klubun oyunöncəsi məşqində iştirak ediblər. Yalnız müdafiəçilər Saşa Boe və Bouna Sarr Londonda keçiriləcək oyunu buraxacaqlar.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti” Paketa ilə razılığa gəldi

Növbəti yazı

Benzia ən yaxşılar sırasında