“Bavariya”da növbəti karantin
“Bavariya” bir qrup futbolçusunu karantinə göndərib. Hücumçu Erik-Maksim Çupo-Motinq, yarımmüdafiəçilər Mikael Kyuizans, Serj Qnabri və Camal Musiala təcrid olunub. Buna səbəb onların koronavirusa yoluxan şəxslə təmasda olmasıdır.
Bu futbolçulardan heç biri vaksinasiya prosesini keçməyib. Çupo-Motinq, Qnabri və Musiala karantindən yeni qayıtmışdı. Onlar az öncə Niklas Züle ilə təmasda olduqları üçün təcrid edilmişdilər.