“Bavariya”da müqavilə
Almaniyanın “Bavariya” klubu futbolçusu Yosip Stanişiçlə müqaviləni uzadıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
22 yaşlı futbolçu ilə yeni anlaşma 2026-cı ilə qədər nəzərdə tutulub. Yosipin əvvəlki müqaviləsi 2025-ci ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, müdafiəçi cari mövsümün 10 matçında meydana çıxıb.