“Bavariya”da itkilər
“Bavariya” itkilərlə üzləşib. Komandanın iki müdafiəçisi eyni anda zədəli duruma düşüb.
Münhen klubu Çempionlar Liqasının 4-cü turunun “Viktoriya” ilə oyununda Matyis de Layt və Alfonso Devisin xidmətindən yararlana bilməyəcək. Hər iki futbolçu Almaniya çempionatının 12-ci turunun Dortmund “Borussiya”sı ilə matçında (2:2) zədələnib.