“Bavariya”da ciddi itkilər
“Bavariya” ciddi itki ilə üzləşib. Komandanın aparıcı 2 üzvü Alfonso Deyvis və Dayot Upamekano sıradan çıxıb.
Bu barədə klubun mətbuat xisməti məlumat yayıb.
Hər iki oyunçu milli komandalarının heyətində olarkən zədələnib.
Upamekanonun sol diz oynağında zədə aşkarlanıb. Fransalı müdafiəçi bir neçə həftə oynamayacaq.