“Bavariya”da ayrılıq
“Bavariya”da ayrılıq baş verəcək. Klub Korentin Tolissonun komandanı tərk edəcəyini açıqlayıb.
Yarımmüdafiəçi bu yay Münhen klubundan azad agent kimi ayrılacaq. O, 2017-ci ildən “Bavariya”da çıxış edir. Tolisso 118 oyuna çıxıb və 21 qol vurub.