“Bavariya”da ayrılıq
“Bavariya”da ayrılıq baş verəcək. Klub Sadio Mane ilə yollarını ayıracaq.
Bu barədə Münhen klubundan açıqlama verilib. Seneqallı futbolçuya növbəti mövsümdə heyətdə düşünülmədiyi bildirilib. 31 yaşlı hücumçunun transfer pəncərəsi bağlanana kimi satılması planlaşdırılır. “Bavariya” Maneyə görə, minimum 20 milyon avro tələb edir.