“Bavariya”da 15 milyonluq müdafiəçi
“Mançester Siti”nin futbolçusu Kayl Uoker “Bavariya”ya keçəcək. Almaniya klubu müdafiəçi ilə bağlı danışıqları yekunlaşdırmağa yaxındır.
Tərəflər arasında yekun görüş Yaponiyada baş tutacaq. Münhenlilər 33 yaşlı futbolçuya 2+1 illik müqavilə təklif edəcək. Transferin 15 milyon avroya reallaşacağı gözlənilir.
Uoker 2017-ci ildə Mançester təmsilçisinə keçib.