Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
“Bavariya” yenə 1/4 finalda qaldı
“Bavariya” ardıcıl ikinci mövsümdə Çempionlar Liqası ilə 1/4 finalda vidalaşıb. Almaniya klubu “Vilyarreal”la cavab görüşündə 1:1 hesablı heç-heçə edib. Ötən həftə 0:1 hesabı ilə uduzan Münhen təmsilçisi bununla da turnirdə mövsümü başa vurub.
“Bavariya” bununla da ardıcıl ikinci dəfə yarımfinala həsrət qalıb. Ötən il münhenlilərin yolunu PSJ kəsib – 2:3, 0:1.
“Bavariya” son 3 ildə ilk dəfə Çempionlar Liqasında iki qarşılaşmada qalib gələ bilmir. 2018/19 mövsümündə qrup mərhələsinin VI turunda “Ayaks”la (3:3, 1/8 finalın ilk matçında isə “Liverpul”la qarşılaşma (0:0) heç-heçə nəticələnib. “Vilyarreal” isə tarixində ikinci dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib.