“Bavariya” yarımmüdafiəçisinə klub axtarır
“Bavariya” futbolçusu Rayan Qravenberxlə bağlı qərarını verib. Almaniya klubu yarımmüdafiəçisini icarəyə verməyi planlaşdırır.
Niderlandlı futbolçu “Liverpul” və “Mançester Yunayted”in maraq dairəsindədir. 21 yaşlı futbolçu oyun praktikası qazanmaq üçün Münhen klubundan ayrılmaq fikrindədir. O, ötən mövsüm cəmi 2 dəfə start heyətində yer alıb.