“Bavariya” və “Real”dan qələbə, “Mançester Yunayted” məğlub oldu
Çempionlar Liqasında 4-cü tura yekun vurulub. İkinci oyun günündə 8 qarşılaşma baş tutub.
“Bavariya” “Qalatasaray”ı qəbul edib. Qarşılıqlı hücumlarla keçən matçda hesab 80-ci dəqiqədə açılıb. Harri Keyn fərqlənib. İngiltərəli çox keçmədən dublunu rəsmiləşdirib. Görüşün sonlarında türkiyəlilər Sedrik Bakambu ilə fərqi minimuma endirib. Lakin “cimbom”un daha artığına gücü çatmayıb – 1:2.
Qrupun digər matçında “Kopenhagen” “Mançester Yunayted”i qonaq edib. Matç ingiltərəlilərin üstünlüyü ilə başlayıb. Rasmus Hoyland erkən dubla imza atıb. Hissənin sonlarında Markus Reşford birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən meydan sahibləri 45-ci dəqiqədə fərqi minimuma endirib. Hissə bitmədən daha bir qol vuran danimarkalılar hesabı bərabərləşdirib. İkinci yarıda tərəflər hərəyə bir dəfə daha fərqlənib. Görüşün sonlarında meydan sahibləri qələbə topunu da vuraraq qələbə qazanıb – 4:3.
Çempionlar Liqası
4-cü tur
A qrupu
“Bavariya” – “Qalatasaray” 2:1
“Kopenhagen” – “Mançester Yunayted” 4:3
B qrupu
“Arsenal” – “Sevilya” 2:0
PSV – “Lans” 1:0
C qrupu
“Real” – “Braqa” 3:0
“Napoli” – “Yunion” 1:1
D qrupu
“Real Sosyedad” – “Benfika” 3:1
“Salzburq” – “İnter” 0:1