“Bavariya” və “Milan”dan qələbə
Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. 1/8 finalın ilk oyun günündə 2 qarşılaşma baş tutub.
PSJ “Bavariya”nı qəbul edib. Görüşün ilk hissəsi qonaqların üstünlüyü ilə keçib. İkinci yarıda almaniyalılar hesabı açmağı bacarıb. Kinqsli Koman sabiq komandasını məyus edib. Qoldan sonra fransalılar hücumlarını artırsalar da, hesabı bərabərləşdirmək mümkün olmayıb. Beləcə, “Bavariya” səfərdən əlverişli nəticə ilə dönüb – 1:0.
“Milan” isə “Tottenhem”i sınağa çəkib. Matç italiyalıların üstünlüyü ilə başlayıb. 7-ci dəqiqədə Brahim Diaz hesabı açıb. Tərəflərin səylərinə baxmayaraq, bu, görüşdə yeganə qol olub – 1:0.